Koronavirusdan ölüm sayı 2 minə çatır Ermənistanda

Koronavirusdan ölüm sayı 2 minə çatır Ermənistanda

Ermənistanda son sutka ərzində 1385 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA-nın verdiyi məlumata görə, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 126 224 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə daha 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1952-yə yüksəlib. İndiyə qədər 94 090 xəstə sağalıb. Hazırda 29 681 nəfər müalicə alır. Aparılan testlərin ümumi sayı 487 088-dir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə