Səudiyyə Ərəbistanı Qırğızıstana 4 min 500 həcc kontingenti ayırıb

Səudiyyə Ərəbistanı Qırğızıstana 4 min 500 həcc kontingenti ayırıb

Səudiyyə Ərəbistanı rəhbərliyi bu il müqəddəs torpaqları ziyarət etmək üçün Qırğızıstana 4 min 500 nəfərlik kontingent ayırıb. SİA-nın xəbərinə görə, Qırğızıstan Müftiliyi tərəfindən edilən şərhdə həcc üçün Səudiyyə Ərəbistanının qırğız vətəndaşlarına 4 min 500 kontingent ayırdığı ifadə edilib. Baş müfti Çubak Calilov başçılığı ilə qırğız nümayəndə heyəti bu mövzu ilə əlaqədar olaraq Ərəbistan hökuməti ilə görüşlər keçirib. Ərəbistanın Həcc Nazirliyi ilə edilən razılaşma nəticəsində qırğız hacı namizədləri ibadətləri zamanı Məkkədə ödənişsiz olaraq qala biləcək. Qırğızıstandakı həcc təşkilatı illərdir ki, ölkədə müzakirə mövzusu olur. Bu günə qədər həcc əməliyyatlarını Qırğızıstan Dövlət Din İşləri Komissiyası ilə Müsəlman Din İşləri İdarəsi ortaq şəkildə icra edib. Viza və nəqliyyat əməliyyatlarını dövlət komissiyası, hacı namizədlərin təyin olunmasını isə müftilik boynuna götürüb. Ancaq vizaların fərqli ölkə vətəndaşlarına satıldığı, bahalı nəqliyyat kimi bir sıra problemlər ilə əlaqədar olaraq həcc təşkilatı üçün yeni qanun hazırlanıb. Buna görə həcc təşkilatı üçün bütün əməliyyatlar Müsəlman Din İşləri İdarəsi tərəfindən icra ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə