ABŞ-ın Viskonsin ştatının Uauvatosa şəhərində yerləşən ticarət mərkəzində atışma olub. SİA-nın verdiyi məlumata görə, hadisə günorta saatlarında baş verib. Uavatosa Polis İdarəsinin rəisi Berri Veber hadisə ilə bağlı açıqlamasında 8 nəfərin xəsarətlə xəstəxanaya çatdırıldığını bildirib.
Qeyd edib ki, atəş açan şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Cinayətkarın ağ dərili, 20-30 yaşında olduğu bildirilir. Onun barəsində axtarış elan olunub. İstintaqa Federal Təhqiqat Bürosunun əməkdaşları da cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB