Misirin paytaxtı Qahirədə xristianlar dövlət televiziyasının binası qarşısında oturaq aksiya keçiriblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Misir Ortodoks Kilsəsinin \"Evlərinizə dönün, hökumətə yardım edin\" çağırışına baxmayaraq xristianlar Misir dövlət televiziyası qarşısındakı aksiyaları davam etdirməkdə qərarlı olduqlarını bildiriblər.
Nümayişlər səbəbilə Misir televiziyasının yerləşdiyi küçəyə tanklar yerləşdirilib, nəqliyyatın hərəkəti dayandırılıb. Müsəlman və xristian din adamlarının bu gün Qahirədəki Əzhər Şeyxliyində bir araya gələrək təzyiqi azaltmağa çalışacaqları bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB