Argentinalı iş adamı helikopterin qəzaya uğraması nəticəsində həlak olub

Argentinalı iş adamı Xorxe Btio helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

SİA xəbər verir ki, bu barədə X.Bitonun prezindeti olduğu Cənubi Amerika respublikasının ən böyük özəl banklarından biri olan "Banco Macro" xəbər verib.

Məlumatda deyillir: ""Banco Macro" bu gün Salta əyalətində Koronel-Moldes yaşayış məntəqəsi yaxınlığında baş verən təyyarə qəzasında bankın qurucusu və prezidenti Xorxe Bitonun ölüm xəbərini dərin təəssüf hissi ilə çatdırır".

Helikopter pilotu iş adamı ilə birlikdə öldü. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Forbes jurnalına əsasən, X.Brito 2020-ci ildə 50 ən zəngin argentinalıların siayhısına daxil olub. Onun sərvəti 360 milyon dollar məbləğində qiymətləndirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə