BVF-nin prezidenti həbs olundu

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Dominik Stross-Kan Nyu-York ştatındakı Raykers-Aylend həbsxanasına aparılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Dominik Stross-Kan bu həbsxanada məhkəmə prosesini gözləyəcək. Təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə BVF prezidenti təkadamlıq kamerada saxlanılır. Fransa Sosialist Partiyasının rəhbəri olan olan Dominik Stross-Kan qarşıdan gələn seçkilərdə prezident Nikolya Sarkozinin əsas rəqibi sayılırdı və seçkilərdə qalib gələcəyi şübhə doğurmurdu.

Qeyd edək ki, 32 yaşlı bir qadın Manhettendəki "Sofitel" mehmanxanasında Dominik Stross-Kanın qaldığı nömrəni təmizlədiyini və bu zaman hamamdan çılpaq vəziyyətdə çıxan BVF prezidentinin onu zorladığını bildirib. Xadimə qadın baş verən olaydan sonra polis idarəsinə zəng açıb. Polis mehmanxanaya gələn zaman isə Dominik Stross-Kan otağında olmayıb. Yarım saat sonra isə BVF prezidenti aeroportda saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə