Paşinyanın daha 3 naziri işini itirdi

Paşinyanın daha 3 naziri işini itirdi

Ermənistan prezidenti Armen Sarkisyan müdafiə naziri da daxil olmaqlaq üç naziri vəzifədən azad edib. SİA-nın erməni mənbələrinə istinadən məlumatına görə, bu barədə müvafiq fərman imzalanıb.

Qeyd olunur ki, müdafiə naziri David Tonoyan, fövqəladə hallar naziri Feliks Tsolakyan, Əmək və Sosial Məsələlər naziri Zarui Batoyan azad edilib.

Digər fərmanla Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyan müdafiə naziri təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə