ABŞ-ın Kaliforniya ştatında koronavirus infeksiyası hallarının artması səbəbindən komendant saatı tətbiq edilib. SİA-nın xəbərinə görə, bu barədə Kaliforniyanın qubernatoru Qevin Nyusom tvitter səhifəsində bildirib. Qeyd olunur ki, ştat sakinlərindən evdə qalmaları tələb olunur.
Noyabrın 21-dən isə yerli vaxtla 22:00-dan 05:00-ə qədər Kaliforniyanın bir sıra dairələrində strateji əhəmiyyəti olmayan bütün fəaliyyət növləri, eləcə də vətəndaşların toplaşması qadağan ediləcək. Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 11 715 167 koronavirusa yoluxma halı aşkar edilib. 252 514 nəfər infeksiya qurbanı olub, 4 410 709 nəfər sağalıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB