Rusiyada son bir gündə daha 24 318 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 039 926 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 461 nəfər artaraq 35 311-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 551 414 nəfər sağalıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB