Norveç Səhiyyə Nazirliyi siqaretlə bağlı yeni addımlar atmaq fikrindədir. SİA-nın xəbərinə görə, bu barədə nazirliyin şöbə müdiri Anne Hafstad yerli qəzetlərə verdiyi müsahibəsində deyib. O bildirib ki, siqaret almaq üçün müəyyənləşdirilən 18 yaş həddini qaldırmağı planlaşdırır: "Hökumət hazırda yeni məqsədlərə nail olmaq istəyir. Siqaret almaq üçün 20 yaş həddi yaxşı məqsəd ola bilər. Buna görə də nazirlik yaş həddini 20-yə çatdırmağı nəzərdə tutur. Bundan əlavə, siqaret qutularının üzərindəki şirkətlərin loqoları da yığışdırılacaq".
Nazirlik rəsmisinin sözlərinə görə, onlar bununla siqaret istehsalını və ondan istifadəni azaltmağa çalışır. Aparılan islahatlar nəticəsində nazirlik 2006-2010-cu illərdə gündəlik siqaret istehlakını 20 faizədək azaltmağa nail olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB