Avropa ölkələrinin maliyyə nazirləri Brüsseldə keçirilən iclasda Portuqaliyaya 78 milyard avro və ya 110 milyard dollar həcmində kreditin ayrılmasına razılıq verib. Lakin Yunanıstan kənarda qalıb. Belə ki, mütəxəsisslər Yunanıstanın borcunun artacağını və 2013-cü ildə bu ölkənin ümumi daxili məhsulunun 166 faizə çatacağını proqnozlaşdırır. Hesab edilir ki, Yunanıstan iqtisadiyyatı zəif olduğundan, bu ölkə krediti ödəyə bilməyəcək. Onlar iqtisadi böhranın yeganə həlli yolunu maliyyə institutlarının yenidən qurulmasında görür.
Xatırladaq ki, ötən ilin mayında Avrozona ölkələri və Beynəlxalq Valyuta Fondu tərəfindən rəsmi Afinaya 3 il ərzində iqtisadiyyatını bərpa etmək üçün 156 milyard dollarlıq kredit verilib. Yunanıstana növbəti kredit ayrılması isə hökumətin islahatlarından asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB