ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları genişləndirib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiyalar 9 İran vətəndaşına, habelə 49 təşkilat və müəssisəyə, eyni zamanda İranın bayrağı altında üzən bir gəmiyə tətbiq edilib.
Həmçinin Vaşinqton İranın doqquz şirkətinə və 47 təşkilatına qarşı növbəti sanksiya paketini təsdiqləyib.
Sanksiya siyahısına eyni zamanda İranın kəşfiyyat naziri Mahmud Ələvi və “Mostazafan” xeyriyyə fondu da daxil edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB