Avropa Portuqaliyaya pul buraxır

Avropa Portuqaliyaya pul buraxır

Avropa ölkələrinin maliyyə nazirləri Brüsseldə keçirilən iclasda Portuqaliyaya 78 milyard avro və ya 110 milyard dollar həcmində kreditin ayrılmasına razılıq verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı sənəd imzalanıb. Ayrılacaq kredit Portuqaliyanın borclarının qaytarılmasına və iqtisadiyyatının bərpa edilməsinə yönəldiləcək.

Kreditin dörddə bir hissəsi, yəni 19,5 milyard avro digər ölkələr tərəfindən veriləcək. Avropa İttifaqı da elə bu qədər maliyə vəsaiti ayıracaq. Yerdə qalan 26 milyard avronu isə Beynəlxalq Valyuta Fondu verəcək.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Dominik Ştraus-Kanın həbs olunması səbəbindən danışıqlara onun müavini Nemat Şafik rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə