Nikaraquada “Yota” qasırğasının ölkəyə gətirdiyi leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 6 nəfər ölüb. SİA-nın TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın vitse-prezidenti Rosario Murilyo bildirib. O deyib ki, ölənlər arasında çayda boğulan 2 uşaq da var. “Təhlükə hələ keçməyib, qasırğa ərazini tərk etsə də, yağışlar davam edir, deməli, dağıntı və sürüşmə təhlükəsi artır”, - vitse-prezident söyləyib. R.Murilyo təbii fəlakətin miqyasını “dəhşətli” təyini ilə ifadə edib: "63 min insan təhlükəli bölgələrdən təxliyyə edilib, müvəqqəti sığınacaqlara yerləşdirilib".
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB