Fransada son sutkada COVID-19 epidemiyasından 437 ölüm faktı qeydə alınıb

Fransada son sutkada COVID-19 epidemiyasından 437 ölüm faktı qeydə alınıb

Fransada noyabrın 17-də COVID-19 epidemiyasına 45 522 yeni yoluxma və 437 ölüm faktı qeydə alınıb.

SİA xəbər verir ki, bu haqda səhiyyə üzrə baş direktor Jerom Salomon məlumat verib.

O bildirib ki, ölkədə SARS-CoV-2 virusuna yoluxanların ümumi sayı 2 036 755-ə çatıb. Xəstəxanalarda 33 500 koronavirus xəstəsindən 4 900-dən çoxu reanimasiya şöbələrində ağır vəziyyətdədir. Ölkədə epidemiya başlayandan ölənlərin ümumi sayı 46 273-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə