"Kipr Türk xalqının varlığını və iradəsini diqqətə almalısınız" - Hami Aksoy
Şimali Kipr Türklərinin varlığını və haqlarını yox saymağı alışqanlıq halına gətirən Avropa Birliyi indi də Kipr Türk xalqının çözüm iradəsini rədd etmə cürəti göstərir. SİA xəbər verir ki, bu sözləri Türkiyə XİN sözçüsü Hami Aksoy deyib.
Aksoy, Avropa Birliyinin Xarici Münasibətlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrellin Kipr məsələsi ilə bağlı bəyanatı ilə bağlı suala cavabında, Kipr məsələsində tərəflərin bəlli olduğunu, sabit və davamlı bir həll yolunun adanın ortaq sahibləri olan iki xalqın iradəsi əsas götürüldüyü təqdirdə ədalətli olacağını vurğulayıb.
"Borrellin Kapalı Maraş və Şimali Kipr məsələsinin həlli məsələsində dilə gətirdiyi düşüncələrin, Avropa Birliyinin adadakı gerçəklərdən nə qədər uzaq olduğunu yenidən gözlər önünə gətirdi", -deyə XİN sözçüsü bildirib.
Aksoy deyib ki, Avropa Birliyi Kipr məsələsinin həllində iştirak etmək istəyirsə, əvvəlcə Kipr Türk xalqının varlığını və iradəsini diqqətə almalı, 2004-cü ildə götürdüyü öhdəliyi yerinə yetirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB