Trampın müşaviri: "Co Baydenin prezident seçkilərində qalib gəldiyi görünür”
“ABŞ-da Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin prezident seçkilərində qalib gəldiyi görünür”.
SİA xəbər verir ki, bu sözləri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen səsləndirib.
“Baxın, əgər Bayden-Harris biletinin qalib olduğu müəyyənləşsə - və hazırda işlər açıq-aşkar belə görünür - biz Milli Təhlükəsizlik Şurası olaraq çox peşəkar şəkildə ötürmə edəcəyik”, - deyə Robert O'Brayen Qlobal Təhlükəsizlik Forumundakı onlayn çıxışında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB