Böyük Britaniyanın Baş naziri Boris Conson özünü təcrid etmək məcburiyyətində qalıb
Böyük Britaniyanın Baş naziri Boris Conson “SARS-CoV-2” koronavirus testi müsbət nəticələnmiş bir şəxslə təmasda olduğu üçün yenidən özünü təcrid etmək məcburiyyətində qalıb.
SİA xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Siyasətçi noyabrın 12-də bir qrup millət vəkili ilə görüşüb. Sonradan məlum olub ki, deputatlardan birinə - Li Andersona koronavirus diaqnozu qoyulubmuş.
Baş nazir bildirib ki, hazırda özünü yaxşı hiss edir və səhhətində COVID-19-un əlamətləri yoxdur. Conson əlavə edib ki, məsafədən işləməyə davam edəcək.
Qeyd edək ki, Britaniyanın Baş naziri bu ilin mart ayının sonunda koronavirusa yoluxmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB