İqor Dodon Moldovada keçirilən prezident seçkilərinin nəticələrinə görə rəqibini qabaqlayır

İqor Dodon Moldovada keçirilən prezident seçkilərinin nəticələrinə görə rəqibini qabaqlayır

Moldovanın hazırkı prezidenti İqor Dodon bazar günü keçirilən səsvermənin nəticələri ilə bağlı keçirilən brifinqdə respublika ərazisində səslərin sayına görə qalib gəldiyini söyləyib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, Dodon bildirib ki, təxmini hesablamalara görə, ölkə daxilində kifayət qədər böyük bir fərqlə irəlidədir.

Dodon həm tərəfdarlarını, həm də Maya Sandunu tərəfdarlarını sakit olmağa çağırıb və ölkədə sabitliyin pozulmasının qarşısını almağa söz verib.

Qeyd edək ki. Moldova vətəndaşları növbəti dörd il müddətinə ölkəni idarə edəcək dövlət başçısını seçirlər.

Xatırladaq ki, ikinci müddətə prezidentliyə namizəd hazırkı dövlət başçısı İqor Dodon və keçmiş baş nazir, müxalifət partiyasının lideri Maia Sandu ikinci tura yüksəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə