Son sutkada Pakistanda 2,4 min nəfərdən çox şəxs koronavirusa yoluxub

Son sutkada Pakistanda 2,4 min nəfərdən çox şəxs koronavirusa yoluxub

Son sutkada Pakistanda COVID-19-a 2 min 443 nəfər yoluxub. Bununla da koronaviruslu xəstələrin sayı 356 min 904 nəfər olub.

SİA xarici mətbuata istinadla xəbər verir ki, son sutkada COVID-19-dan 32 nəfər dünyasını dəyişib, ölənlərin sayı 7 min 141 nəfər təşkil edib.

Hazırda xəstəxanalarda 25 min 538 nəfərin olduğu bildirilir ki, onlardan 1377-nin vəziyyəti kritikdir.

Qeyd olunur ki, infeksiya dövründə 323 min 225 xəstə sağalaraq, evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə