Filippində qasırğa qurbanlarının sayı 67-yə yüksəlib

Filippində qasırğa qurbanlarının sayı 67-yə yüksəlib
Filippini vuran "Vamko" qasırğasının qurbanlarının sayı 67-yə yüksəlib. SİA-nın məlumatına görə, daha 21 nəfər yaralanıb, 12 nəfər itkin düşüb. Tayfunun 25 mindən çox evə ziyan vurduğu ehtimal edilir. Kənd təsərrüfatına dəymiş ziyanın ilkin həcmi isə 25 milyon dollardır

Bütün xəbərlər Facebook səhifəmizdə