Ermənistanda daha 1482 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 1482 nəfər koronavirusa yoluxub
Ermənistanda koronavirusa yoluxanların sayı 117 337 nəfərə çatıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 1 482 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 25 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 1 763 nəfər koronavirusdan ölüb, 40 140 nəfərin müalicəsi isə davam edir. Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə