Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 395 nəfər artaraq 10231-ə çatıb. Bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 534 min 708 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 6442 nəfərdən analiz götürülüb. Yeni növ koronavirusdan 121 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1515-dır. Yoluxma hallarının artacağı istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB