Meksikada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb

Meksikada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb

Meksikada koronavirusa yoluxanların ümumi sayı ölkədə pandemiyanın başlamasından bəri 1 003 253 nəfər çatıb.

SİA xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin Səhiyyə Nazirliyinin Sağlamlığı Möhkəmləndirmə Departamentinin rəhbəri Rikardo Kortes Alikapa bildirib.

Departament rəhbəri bildirib ki, ümumilikdə 1 003 253 nəfərin verdiyi testlətin nəticələri müsbət çıxıb.

Son 24 saat ərzində Meksikada 5 860 koronavirusa yoluxma halı təsdiqlənib. Koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı 98 259 nəfərə çatıb, son 24 saat ərzində ölkə hakimiyyəti 635 ölüm halı qeydə alıb. İndiyə qədər 745 mindən çox insan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə