Qazaxıstanda koronavirusa yoluxanların təxmini sayı 120 min nəfərə çatıb
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 704 nəfər yoluxub.
SİA "Kazinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 119 833 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 109 275 nəfəri sağalıb, 1 899 nəfəri isə vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB