Hillary Klintonun gərgin dövrə təsadüf edən səfəri!

Hillary Klintonun gərgin dövrə təsadüf edən səfəri!
ABŞ-ın xarici işlər naziri Pakistana rəsmi səfərə hazırlaşır. SİA-nın məlumatına görə, Hillary Clinton yaxın günlərdə Pakistana getməyi planlaşdırır.

Nazirliyin mövzu ilə bağlı rəsmi açıqlamasında Klintonun Pakistana səfərinin əsas səbəbinin strateji müzakirələr olduğu bildirilib: \"ABŞ xarici işlər naziri Hillary Klinton yaxın gələcəkdə Pakistanda rəsmi səfərdə olacaq. Səfərin əsas məqsədi strateji məsələlərin müzakirə edilməsidir. Səfər çərçivəsində iki ölkə arasında bir sıra əlaqələrin müzakirə edilməsi də nəzərdə tutulub\". Səfər haqqında məlumat verən nazirliyin açıqlamasında nazirin Pakistana gedəcəyi günün tarixi isə qeyd olunmayıb.

Qeyd edək ki, bir sıra siyasətçilər səfərin təsadüf etdiyi zamanı diqqətə çatdıraraq məsələni fərqli yönlərə istiqamətləndiriblər: \"Clintonun səfəri \"Əl Qaidə\" lideri Üsamə ben Ladenin Pakistan torpaqlarındakı bir villada ABŞ komandası tərəfindən öldürülməsindən sonrakı dövrə təsadüf edir. Yəni, iki ölkə arasında belə gərgin dövrdə reallaşacaq səfərin nəticələri hamıya maraqlı olacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə