Fransada quraqlıq həyəcanı

Fransada quraqlıq həyəcanı var. SİA-nın məlumatına görə, Ölkənin Ekologiya Nazirliyinin açıqlamasında 28 bölgənin quraqlıq təhlükəsiylə üz-üzə olduğu bildirilib. Nazirliyin açıqlamasında müvsümə görə yağışın az yağmasının yaratdığı problemlər diqqətə çatdırılıb: \"Bu il müvsümlə əlaqədar yağan yağışlar normal həddən aşağıdır. Yəni bu gözlənilən nəticə deyil. Ona görə də, quraqlıq hökm sürən bəzi bölgələrdə əkinçilik məhsullarının az olması narahatlıq yaradır. Bütün bölgələrə quraqlıq təhlükəsinə qarşı görüləcək işlərin siyashısı verilib. Bütün bunlarla yanaşı, quraqlıq problemini qiymətləndirmək məqsədilə məsələ ilə əlaqədar təşkilatların nümayəndələri ilə görüşlər keçiriləcək".

Digər yandan isə, Fransanın Metereoloji Proqnozlar Bürosu gələn həftələrdə də yağış proqnozlaşdırılmadığını bildirərək quraqlıq təhlükəsinin getdikcə artdığını nəzərə çatdırıb.

Qeyd edək ki, Fransanın kənd təsərrüfatı naziri Bruno Le Maire, keçən həftə fransız əkinçilərinə yardım edilməsi üçün AB-ə rəsmi müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə