Nepalda yeni növ koronavirusa yoluxanların ümumi sayı 200 mini ötüb

Nepalda yeni növ koronavirusa yoluxanların ümumi sayı 200 mini ötüb

Nepalda sutka ərzində COVID-19 virusuna 2569 yoluxma qeydə alınıb. Bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 200 mini ötüb.

SİA pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, Nepalda ötən sutka ərzində virus səbəbindən 26 nəfər həyatını itirib. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 1174-ə çatıb. Hazırda Nepalda 40 minə yaxın aktiv xəstə var.

Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Amma iyulun son günlərindən başlayaraq yoluxma sayında davamlı artım müşahidə edilir. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır. Gündəlik ən çox yoluxma isə (5743) oktyabrın 21-də qeyd alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə