Ermənistan MTX-nin rəhbəri ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Ermənistan MTX-nin rəhbəri ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan ürək tutması diaqnozu ilə “Nork” Kardialoji Mərkəzə yerləşdirilib.

SİA xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a xəstəxandakı mənbə təsdiqləyib.

Xidmət rəisi müayinədən keçdikdən bir müddət sonra evə buraxılıb.

Qeyd edək ki, Armen Abazyan noyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə