Ermənistan parlamentinin növbədənkənar iclası baş tutmayıb

Ermənistan parlamentinin növbədənkənar iclası baş tutmayıb

Ermənistan parlamentinin respublikanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.

SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb: "İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə