“Bu, Paşinyan tərəfindən imzalanan biabırçı və antierməni sənəddir” Arman Qukasyan
"Baş verənlərə yekdilliklə və aydın qiymət verməklə yanaşı, vətəndaş müharibəsinin qarşısını almaq da lazımdır". SİA xəbər verir ki, bu barədə "Sosial ədalət naminə" partiyasının sədri Arman Qukasyan özünün Facebook sosial şəbəkəsində yazıb.
“Gecə xəlvət şəkildə Nikol Paşinyan tərəfindən imzalanan, erməni dövlətçiliyinin mövcudluğunu şübhə altına alan bu utancverici, rusvayçı, antierməni sənədin, heç kimin rəyi nəzərə alınmadan, siyasi sahə təmsilçilərindən, erməni xalqından gizli şəkildə imzalanması yolverilməzdir. Bütün qüvvələrlə siyasi məsləhətləşmələr aparmaq lazımdır. Nəticələrə görə dəqiq bir qiymətləndirmə aparılmalı və bu böhrandan çıxmağın yolları təklif edilməlidir.
Baş verənlərə yekdil və aydın qiymət vermək lazımdır. Praktik olaraq gözlənilən bir vətəndaş müharibəsinin qarşısı alınmalıdır”, deyə Arman Qukasyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB