İŞİD terror qruplaşması silahlılarının İraqın paytaxtı Bağdad yaxınlığında hücumu nəticəsində on bir nəfər həlak olub, daha səkkiz insan xəsarət alıb. SİA-nın xəbərinə görə, bu barədə İraqın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən "France Presse" agentliyi bildirib.
"İŞİD silahlıları müşahidə məntəqəsinə hücum ediblər, Haşd etnik qrupunun beş üzvünü və onlara köməyə gəlmiş altı yerli sakini öldürüblər", - mənbə agentliyə bildirib.
Qeyd edilir ki, hücüma məruz qalmış hərbi məntəqə İraq paytaxtının aeroportu ərazisindədir. Terrorçular ətrafdakılara qumbaralar atıblar, sonra atıcı silahlardan atəş açıblar. Hücumun digər təfərrüatları açıqlanmır, öldürülmüş silahlıların sayı barədə məlumat verilmir
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB