Gürcüstanda ölüm halları üzrə yeni antirekord qeydə alınıb

Gürcüstanda ölüm halları üzrə yeni antirekord qeydə alınıb

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm üzrə yeni antirekord qeydə alınıb. Son sutkada 2 901 nəfərdə koronavirusa yoluxma təsdiq olunub, 2 799 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə pandemiyanın qurbanı olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Bildirilib ki, bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 57 753-ə çatıb. Onların 42 572-si sağalıb, 475-i isə ölüb.

Qeyd olunub ki, hazırda 2 964 nəfər karantin zonalarında, 4691 nəfər stasionar nəzarətdə saxlanılır. Daha 2 879 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə