Fransada koronavirusdan ölənlərin ümumi sayı 40 min nəfəri ötüb

Fransada koronavirusdan ölənlərin ümumi sayı 40 min nəfəri ötüb
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 86 852 yoluxma halı qeydə alınıb. SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 1 748 705 nəfərə çatıb. Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 306 nəfər vəfat edib, ölənlərin ümumi sayı 40 169 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə