NATO-nun baş katibi Cozef Baydeni seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib
NATO-nun baş katibi Yens Stoltenberq Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Baydeni seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi özünün "Twitter" hesabında yazıb.
Y.Stoltenberq bildirib: "Cozef Bayden və Kamala Harris, sizi növbəti ABŞ prezidenti və vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibəti ilə təbrik edirəm".
Qeyd edək ki, bir sıra KİV-lərin məlumatına əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (20 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.
D.Trampın səslərinin sayı 213-ə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB