ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden seçkilərdə qalib gəldiyini bəyan edib

ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden seçkilərdə qalib gəldiyini bəyan edib

Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden seçkilərdə qalib gəldiyini bəyan edib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə C.Bayden özünün "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti vəzifəsinə namizəd bildirib: "Amerika, bu böyük ölkəyə rəhbərlik etmək üçün seçilməyimdən qürur duyuram. Qarşıda çox iş var, amma söz verirəm ki, mən bütün amerikalıların prezidenti olacağam".

Qeyd edək ki, bir sıra KİV-lərin məlumatına əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (20 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.

D.Trampın səslərinin sayı 213-ə bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə