Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

SİA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olunub.

Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderləri ilə telefon təmasları barədə məlumatlandırıb.

Rusiya və Türkiyə dövlət başçıları Münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə