Türkiyə Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib

Türkiyə Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Türkiyə Mərkəzi Bankının rəhbəri Murat Uysal vəzifəsindən azad edilib. SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, həmin fərman Resmi Gazete saytında yerləşdirilib.. Fərmana görə, onun yerinə prezident administrasiyasının strateji və büdcə şöbəsinin sədri Naci Ağbal geləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə