Qəddafi artıq təklənib

Liviya ordusunun polkovniki Milad Hüseyn əl-Fiqhi NATO-nun Tripolidəki kəşfiyyat xidmətinin binasına endirdiyi zərbələr nəticəsində həlak olub. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, Fiqhi Əz-Zaviya şəhərində törədilən cinayətlərə görə məsuliyyət daşıyırdı.

Eyni zamanda \"Canale 5" telekanalının canlı efirində İtaliyanın xarici işlər naziri Franko Frattini bəyan edib ki, Liviya lideri Müəmmar Qəddafi rejiminin son saatları qalıb. XİN rəhbərinin sözlərinə görə, Liviya rejiminə yaxın dairələrdən məlumatlar daxil olmağa başlayıb ki, ölkədə gözlənilən vəziyyətdən normal çıxış yolu aramaq və Qəddafinin siyasi səhnədən uzaqlaşması üçün üz tuta biləcəyi ünvan tapmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə