İsrail dövləti yubileyini Fələstin qanı tökməklə qeyd etdi

İsrail dövləti yubileyini Fələstin qanı tökməklə qeyd etdi

Fələstin torpaqlarının işğal olunmasının 63-cü ildönümü ilə əlaqədar Livanın cənubunda fələstinli qaçqınlar dinc aksiya keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya və Livan xalqının keçirdiyi dinc aksiya zamanı İsrail dövlətinin əsgərləri atəş açaraq 10 nəfəri öldürüb, yüzlərlə insanı yaralayıblar.

Hadisə ilə əlaqədar Livan ordusu hazırlıq vəziyyətinə gətirilib. Hizbullah təşkilatı bəyanat yayaraq bu vəhşiliyi sərt şəkildə pisləyib. HƏMAS liderlərindən olan İsmayıl Həniyyə axıdılan qanlara və edilən zülmlərə baxmayaraq vətənə qayıdışın uzaqda olmadığını bildirib. Son hadisə ilə bağlı Fələstində üç gün matəm elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə