Ermənilərin ABŞ-da türk restoranına hücum anı VİDEO

Ermənilərin ABŞ-da türk restoranına hücum anı VİDEO

ABŞ-ın Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edib.

SİA-nın məlumatına görə, Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vurub.

Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə