Misirin paytaxtı Qahirədə dinlərarası toqquşmalar nəticəsində 78 nəfər xəsarət alıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Misir telekanalının binasında baş verib. Misir televiziyasının məlumatına görə, naməlum şəxslər müsəlmanları daşa basıblar. Misirin təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, mayın 6-da Misirdə 15 nəfər dinlərarası toqquşmaların qurbanı olub, 200 nəfərdən çox insan xəsarət alıb. Bundan əvvəl "Milli vəhdət cüməsi"ndə iştirak etmək üçün minlərlə misili Qahirənin mərkəzi Təhrir meydanında toplaşmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB