Avropa Komissiyası İspaniya iqtisadiyyatının avrozonada dramatik tənəzzülünü proqnozlaşdırıb

Avropa Komissiyası İspaniya iqtisadiyyatının avrozonada dramatik tənəzzülünü proqnozlaşdırıb

Avropa Komissiyası cümə axşamı İspaniya iqtisadiyyatında vəziyyətin pisləşəcəyini proqnozlaşdırıb.

SİA xarici KİV-lərə istinadla xəbər verir ki, COVID-19 pandemiyası krallığın iqtisadiyyatına dramatik təsir edib.

Analitiklər hesab edirlər ki, 2020-ci ildə İspaniyada ÜDM 12,4 faiz azalacaq. Hələ bir neçə ay bundan əvvəl Brüssel daha müsbət proqnozu açıqlayıb – 10,9 faiz.

Bu bütün arvozona üçün ən mənfi proqnozdur. Brüsseldə güman edirlər ki, heç bir başqa ölkə iqtisadiyyatında 10 faizdən çox azalma nümayiş etdirməyəcək.

İtaliyada ÜDM - 9,9 faiz, Xorvatiyada – 9,6 faiz, Fransada – 9,4 faiz, Portuqaliyada – 9,3 faiz, Yunanıstanda – 9 faiz azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə