Kosta-Rika və Yaponiyada yenidən zəlzələ baş verib

Kosta-Rika və Yaponiyada yenidən zəlzələ baş verib

Kosta-Rikada yenidən zəlzələ baş verib. SİA-nın xəbərinə görə, yeraltı təkanların gücü 6,1 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri ölkənin paytaxtı San Xose şəhərindən 25 km şimal-qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir.

Eyni zamanda Yaponiyanın Hönsü adasının şərq sahillərində zəlzələ baş verib. Yeraltı təkanların gücü 6,2 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Yaponiyanın Fukusima şəhərindən 93 km cənub-şərqdə qeydə alınıb. Tələfat və dağıntı, həmçinin, sunami təhlükəsi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə