Ermənistanda son sutkada koronavirusdan 28 nəfər öldü

Ermənistanda son sutkada koronavirusdan 28 nəfər öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 99 563 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 2 413 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 476 nəfər koronavirusdan ölüb, 37 952 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə