Hökumət koronavirusla mübarizədə ordunu cəlb edib - İsveçrədə

Hökumət koronavirusla mübarizədə ordunu cəlb edib - İsveçrədə

İsveçrə hökuməti koronavirusla mübarizəyə ordunu da cəlb etməyə qərar verib.

SİA xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Federal Şura qərar verib ki, 2,5 min hərbçini cəlb etməklə ictimai səhiyyə sahəsinə kömək etsin”, - deyə İsveçrə hökumətindən bildirilib.

Hərbçilər xəstəxanalarda çalışacaq, testləri aparacaq və xəstələrin daşınmasını icra edəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə