BMT: “İran və Şimali Koreya ballistik raket hazırlayacaq”

BMT: “İran və Şimali Koreya ballistik raket hazırlayacaq”

Birləşmiş Millətlər Təşkilatının hazırladığı bir hesabatda İran və Şimali Koreyanın ballistik raket texnologiyası sahəsində gizli razılığa gəldiyi barədə xəbərlər yer alıb. SİA-nın xəbərinə görə, hesabatda bildirilir ki, ballistik raketlərlə bağlı transferlər, İran və Şimali Koreyanın razılığı əsasında iki ölkənin rəsmi hava məkanı daşıyıcılarının vasitəsi ilə həyata keçirlir.

BMT Təhlükəsizlik Şurasının 15 üzvünə göndərilən hesabatın qarşıdakı həftələrdə müzakirə predmeti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə