ABŞ-da seçkilər heç də sakit keçmir: Ağ Ev yaxınlığında qarşıdurma, 4 yaralı
3 noyabr seçkilərindən sonra gecə Ağ Evin yaxınlığında bıçaqlı hücumda bir qadın və üç kişi yaralanıb. SİA-nın NBC4 Washington qəzetinə istinadən verdiyi məlumata görə, qurbanlar özlərini hazırkı prezident Donald Trampa dəstək olan ifrat sağçı qrupun (The Proud Boys) üzvləri olduqlarını bildiriblər.
Hadisə şahidlərinin bildirdiyinə görə hücum edənlər çox güman ki, "Black Lives Matter" hərəkatının üzvləri olublar. Xəstəxanadan verilən məlumata görə, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur.
Polis açıqlamasında bildirib ki, hadisədə yaralalan şəxslər gecə saat 02:30 radələrində üç naməlum şəxslə əvvəlcə mübahisə, sonra isə dava ediblər. Şübhəli iki kişi və bir qadın axtarılır. Hadisənin seçkilərlə əlaqəsi olub-olmadığı hələ məlum deyil.
Seçkilərdə rəqiblər respublikaçı Donald Tramp və demokrat Joe Baydendir. Hazırda ABŞ-da səslərin sayılması davam edir. Poçt sifarişi ilə keçirilən səsverməyə əsasən, nəticələrin elan edilməsi bir neçə gün çəkə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB