Rusiyada daha 389 nəfər koronavirusdan öldü

Rusiyada daha 389 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 1,69 milyon nəfəri keçib. Ölkədə son sutka ərzində 19 768 nəfər virusa yoluxub, 389 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 693 454 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 29 217 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 266 931 nəfər virusdan sağalıb, 397 306 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə