"Böyük ehtimalla, prezident yenə mən olacam". SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki açıqlamasında deyib.
Tramp bildirib ki, səslərin 64%-i artıq sayılıb: “Bizə çatmağı (Demokratların namizədi Cozef Baydeni nəzərdə tutur) mümkünsüz görünür. Arizonada böyük fərqlə öndə olsaq, yaxşı olardı. Amma hələ də şansımız var. Amma ən əhəmiyyətlisi, Pensilvaniyada böyük fərqlə öndəyik. Orada 600 min səs fərqi var. Nəticələr başa-baş belə deyil”.
O qeyd edib ki, qələbəni qeyd etmək üçün hazırlaşırdı: “Amma bir anda hər şey dayandı. Bu gecə aldığımız səslər möhtəşəmdir. Bu ölkənin vətəndaşları rekord sayda fəallıq göstərdi. Heç gözləmədiyimiz ştatlarda qələbə qazandıq. Məsələn, Florida, Ohayo, Texas”.
Donald Tramp ciddi hiylə işləndiyini, nəticələrin Ali Məhkəməyə göndəriləcəyini bildirib: “Bu, ABŞ xalqına qarşı edilmiş hiylədir. Bu seçkiləri böyük fərqlə biz qazandıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB